arid bitkilər

Buxarlanan rütubətin miqdarının yağıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri

arxiv sənədlərinin sahibi
asılı təsərrüfat cəmiyyəti
OBASTAN VİKİ
Bitkilər
Bitkilər (lat. Plantae) — arxeplastidlər kladına aid aləm. Mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Arid Səhra
Arid Səhra- tropik və ya subtropik qurşaqların zonal səhra tipi, passatlar zonasına məxsusdur.Çox cüzi miqdarda, bəzən bir neçə ildə bir dəfə düşən atmosfer çöküntüləri son dərəcə qeyri-müntəzəm düşür.
Arid iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Arid vilayət
Ali bitkilər
Ali bitkilər (lat. Embryophytes) — bitkilər aləminin streptofitlər kladına aid bitki kladı. == Təsnifatı == Mamırkimilər (Bryophyta sensu lato) Marchantiophyta Anthocerotophyta Mamırlar (Bryophyta) Tracheophyta Pteridophyta Lycopodiophyta Polypodiophyta Toxumlu bitkilər (Spermatophytes) † Toxumlu qıjılar (Pteridospermatophyta) Ginkgophyta Gnetophyta İynəyarpaqlılar (Pinophyta) Saqokimilər (Cycadophyta) Çiçəkli bitkilər (Angiosperms) Hazırda ali bitkilərin 300 min növü məlumdur. Xəzərdə onların 5 növü qeyd edilmişdir. Bunların hamısı çiçəkli bitkilərə aiddir: dənizotu (Zostera nolti), daraqşəkilli suçiçəyi (Potamogeton pectinatus), 2 növ ruppiya (Ruppia spiralis, R.maritima), najas (Najas marina). Dənizotu qum və qumbalıqqulağı torpaqlarda inkişaf edir. Suçiçəyinə dənizin sahil zonasında, nayas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ruppiyaların hər iki növü körfəzlərdə yaşayır. Ali bitkilərlə həm balıqlar, həm də su quşları gidalanır. Bir çox balıqlar (çəki, çapaq, külmə) öz kürülərini onların üzərinə tökürlər.
Anemoxor bitkilər
Anemoxor bitkilər (yun. άνεμος — külək, χωρέω — kəzmək) — toxumları külək vasitəsilə yayılmağa uyğunlaşan bitkilər: pambıq, qanqal, zəncirotu, pişikotu və s.
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birləpəli bitkilər
Birləpəlilər (lat. Monocots) — bitkilər aləminə aid bitki kladı. Birləpəlilərin 50000-ə yaxın növü, 2800-ə yaxın cinsi, 60 fəsiləsi məlumdur. Birləpəlilər müxtəlifliyinə görə gülçiçəklilərin təqribən 25%-ni təşkil edir. Birləpəlilərin ən geniş yayılmışı təqribən 20100 növü özündə cəmləşdirən səhləbkimilərdir. Sonrakı yerləri isə taxılkimilər (təqribən 10000 növ) və qumotukimilər (2800 növ) tutur. Birləpəli bitkilərin bir ləpə yarpağı olur.
Boyaq bitkilər
Boyaq bitkiləri — kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər. M. Qasımova (1980) görə, respublikamızda rast gəlinən boyaq bitkiləri 110 fəsilə və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-ini təşkil edir. Boyaçılıq sənayəsi üçün geniş istifadəsi mümkün olan bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon stifnolobiumu, qoz, nar, zirinc, palıd, şabalıd, murdarça, tut, qızılağac, çaytikanı, zəfəran, əvəlik, dazı, gəndəlaş, ətirşah, söyüd, andız, qaraqınıq, yemişan, heyva və s-ni göstərmək olar.
Dənli bitkilər
Dənli bitkilər botaniki xüsusiyyətlərinə, kimyəvi tərkibinə, təyinatına və digər əlamətlərinə görə əsasən 3 qrupa ayrılır: Taxıl cinsinə mənsub olan dənli bitkilər. Bunlar 2 yarımqrupa ayrılır: a) əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir; b) darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı; Qarabaşaq bitkisi; Paxlalı dənli bitkilər – noxud, nut, lobya, mərci, lərgə, paxla və soya. Bütün dənli bitkilərin tərkibində fermentlər vardır. Normal tam dəyərli dənin tərkibində kompleks fermentlər olur. Taxılın, un və yarmanın saxlanılmasında, unun və çörəyin istehsalında fermentlərin çox böyük rolu var. Quru dəndə fermentlər az fəaldır, lakin nəmlik və rütubət artdıqca, temperatur yüksəldikcə fermentlər daha da fəallaşırlar. Nişastanı şəkərləşdirən, dekstrinləşdirən və proteoletik fermentlər nə qədər fəal olarsa, o zaman yüksək keyfiyyətə malik olan buğda unu istehsal etmək olar. Karbohidratlar – miqdarına görə dənli bitkilərin üzvi maddələri sırasında birinci yeri tutur. Karbohidratlardan dənli bitkilərdə əsasən nişasta (vələmirdə 36%, qarğıdalıda 60%), dekstrinlər, şəkər (soyada 2,2%, qalan dənlərdə 10%-ə qədər), sellüloza, pektin maddələri vardır. Nişasta dənli bitkilərin mühüm ehtiyat qida maddəsidir.
Efemer bitkilər
== Efemer bitkilər == Efemerlər - müxtəlif fəsilələrdən olan birillik çöl və səhra bitkiləridir. Onların bütün həyat tsikli çox qısa dövr ərzində bitir. Erkən yazda Orta Asiya səhralarının gilli torpaqlarında rütubət yetərincə olduğu vaxtda efemerlər çox cəld böyüyür və 5-6 həftə ərzində çiçəkləyib toxumda əmələ gətirirlər. Bu bitkilər "quraqlıqdan" qaçırlar. 400 minə yaxın efemer bitki məlumdur. Onlar çox kiçik boyu, kiçik yarpaqları, zəif inkişaf etmiş kök sistemi ilə fərqlənirlər. Onlarin bəziləri 1-2 sm ölçüdə olduqda toxum verir. Yağıntılar çox olan illərdə efemerlərin hündürlüyü 25-30 sm-ə, xaççiçəklilərdə isə - 50 sm çatır. Orta Asiyanin səhraları üçün efemerlərin əhəmiyyəti böyükdür - onlarla vəhşi və ev heyvanları - otyeyən heyvanlar qidalanır. Efemerlər çox sürətlə artır və yazda çəmənlərdə bitkilərin inkişafına imkan verməyən sıx ot örtüyünü əmələ gətirirlər.
Giləmeyvə bitkilər
Giləmeyvə bitkilər — yeməli meyvəsi məişətdə giləmeyvə adlanan çoxillik kol, yarımkol və ot bitkiləridir. Bir giləmeyvə kiçik, ətli meyvədir. Giləmeyvə ümumiyyətlə şirəli, yuvarlaq, parlaq rəngli, şirin, turş olur. Tipik nümunələr çiyələk, moruq, böyürtkən, böyürtkən, qırmızı qarağat, ağ və qara qarağatdır. Giləmeyvə bütün dünyada yeyilir. Bəzi giləmeyvə ticari əhəmiyyətə malikdir. Giləmeyvə sənayesi, ölkələrdə təbii şəraitdə becərilən və ya yetişdirilən giləmeyvə növləri kimi dəyişir. Moruq və çiyələk kimi bəzi giləmeyvələr yüz illərdir yetişdirilir və çöl meyvələrindən fərqlənir, digər giləmeyvələr , yalnız təbiətdə böyüyür. == Ümumi məlumat == Giləmeyvə bitkilərindən ən çox çiyələk, moruq, qarağat, firəngüzümü, böyürtkən, cır mərsin, quşarmudu, aktinidiya və çaytikanı becərilir. Yabanı giləmeyvə bitkilərnin ən əhəmiyyətlisi mərcanı, mərcangilə və qaragilədir.
Həşəratyeyən bitkilər
Həşəratyeyən bitkilər — əsasən həşəratlarla yemlənən bitkilər. == Həşəratyeyən bitkilər == Həşəratları (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləri. Dünyada 500-dək, Azərbaycanda 3 növü var. Həşəratyeyən bitkilər şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və s. maddələrin çatışmazlığını həşəratyeyən bitkilər metomorfozlu yarpaqların köməyi ilə həşəratların hesabına tamamlayır. Bəzi həşəratyeyən bitkilər (şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye ifraz edən çoxlu vəzilərlə örtülüdür. Həşərat bitkinin tutucu aparatı üzərinə düşdükdə vəzilərin sekressiyası güclənir.
Paxlalı bitkilər
Paxlalı bitkilər (lat. Fabaceae) — qida məhsulluu. Araşdırmalar dünyanın ən faydalı qida məhsullarının qabıqlı meyvələr və paxlalı bitkilər olduğunu müəyyən edir. Paxlalı bitkilər bunlardan noxud, lobya, mərci, soya daha çox istehsalat əhəmiyyətlidir. Paxlalı bitki toxumları xaricdən sərt örtüyə malikdirlər. Paxlalı bitkilərdə zülal 30% və daha çox (tərkibinə görə bu zülallar çox qiymətlidirlər. Çünki əvəzedilməz aminturşulara malikdirlər), karbohidratlar 60% qədər, yağlar 2% qədər, (soya dənlərində isə yağ 2%, karbohidratlar 30 %, zülallar 40%) təşkildir. Paxlalı bitkilər onunla xarakterizə olunur ki, onların toxumları qabıq içərisində olur. İnsanların yeyə bildiyi əsas paxlalılar; alfalfa (qara yonca), noxud, ağ lobya, qırmızı lobya, qara lobya, mərci, lupin, araxis, soya. Dünyada, xüsusən aralıq dənizi bölgəsi mətbəxində paxlalılar həmişə əsas qida olub.
Texniki bitkilər
Texniki bitkilər-məhsulu sənayedə xammal kimi istifadə olunmaq üçün becərilən bitkilərdir. texniki bitkilərə adətən əyirmə, kauçuklu, efir-yağlı, yağlı, şəkərli və dərman bitkiləri aid edilir.
Toxumlu bitkilər
Toxumlu bitkilər (lat. Spermatophyta) — ali bitkilərin toxum əmələ gətirən bitkilər qrupu. Çiçəkli bitkilər və çılpaqtoxumlular bu qrupa aiddirlər.
Transgen bitkilər
Transgen bitkilər — ənənəvi bitki sortlarına digər canlı orqanizmlərdən təcrid edilmiş genin və ya genlərin köçürülməsi nəticəsində əldə olunmuş genetikası modifikasiya olunmuş orqanizm (GMO) bitkilər. Genetik modifikasiya olunmuş bitkilərin yeni sortlarının yaradılması və onların kommersiya məqsədləri ilə geniş sahələrdə becərilməsi nəticəsində, istehsal edilmiş məhsulların bir çoxu ərzaq məhsullarının tərkib hissəsini təşkil etməsi olmuşdur. Məlumatlar göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində transgen bitkilərə, onlardan istehsal edilən kənd təsərrüfatı və ərzaq məhsullarına münasibət bir mənalı deyildir. Ayrı-ayrı genlərin bir orqanizmdən digərinə transformasiyası ilk dəfə 1972-ci ildə həyata keçirilmişdir. İlk transgen bitkilər isə 1982-ci ildə Kölndəki bitkiçilik institutunun və Monsanto şirkətinin əməkdaşları tərəfindən yaradılmışdır. Bir qədər sonra, yəni 1986-cı ildə ABŞ-də tütün bitkisinin virusa qarşı davamlı formalarının açıq sahə şəraitində sınaqları uğurla nəticələndi. Çində aparılan analoji sınaqlar isə 1992-ci ildə belə sortların davamlılığını bir daha sübut etdi. Elə həmin dövrlərdən başlayaraq transgen bitkilərin əkin sahəsi sürətlə genişlənməyə başladı. Belə ki, bütün dünyada 1997-ci ildə cəmi 1,7 mln hektar sahədə transgen bitkilər becərilirdisə. 1998-ci ildə onların sahəsi 30 mln, bir il sonra isə artıq 40 mln, hektar olmuşdur.
Yaşıl bitkilər
Yaşıl bitkilər (lat. Viridiplantae) — Bitki yarımaləmi.
Zəhərli bitkilər
Zəhərli bitkilər – tərkibində zəhərləyici maddələr olan bitkilər. Zəhərli bitkilərin tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Zəhərli bitkilərin faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. Azərbaycan Respublikasında Zəhərli bitkilərdən öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, xaşxaş, üzərlik, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.
Çiçəkli bitkilər
Çiçəkli bitkilər (lat. Angiospermae) – Çoxalma orqanı olan bu qismin çiçək açması, eləcə də ikiqat mayalanma kimi xüsusiyyətinə görə fərqlənən ali bitki tipidir. Çiçəklərində ağızcıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik orqanı vardır. Qametofit ixtisar olunmuşdur. Daxili və xarici quruluşlarında xüsusi ixtisaslaşma getmişdir. Əksər nümayəndələri cücülər vasitəsilə çarpaz tozlanma kimi bir uyğunlaşma qazanmışdır. Çiçəklərdə həmçinin erkəkcik adlanan orqan vardır. Erkəkcik erkəkcik sapı, tozluq və tozluğun içərisində olan tozcuq lardan ibarətdir. Hər bir tozcuq müstəqil hüceyrədir. Tozcuqlar formalarına görə müxtəlif cür olur.
Örtülütoxumlu bitkilər
İşıqsevən bitkilər
İşıqsevən bitkilər və ya heliofitlər — açıq və günəşli yerlərdə bitən bitkilər. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv Günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilər əsasən bitki örtüyü az olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf edilir. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, günəbaxan, pambıq, qarğıdalı, kalış, qara şam, akasiya və s. aiddir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50—300 xırda xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətlərindəndir.
Borulu bitkilər
Borulu bitkilər (lat. Tracheophytes) — bitkilər aləminin çoxsporlu bitkilər kladına aid bitki kladı. Bu bitkilər, adından da göründüyü kimi, su və qida maddələrinin daşınmasını təmin edən ixtisaslaşmış damar toxumalarına malikdirlər. Bu xüsusiyyət, onların quru mühitdə yaşamağa uyğunlaşmalarında və müxtəlif formalarda təkamül etmələrində mühüm rol oynamışdır. == Quruluşu == Borulu bitkilər kök, gövdə və yarpaqdan ibarət mürəkkəb bir quruluşa malikdir. Kök sistemi bitkini torpağa bağlayır, su və mineral maddələrin udulmasını təmin edir. Gövdə bitkinin dik durmasını təmin edir və yarpaqları günəş işığına doğru yönəldir. Yarpaqlar isə fotosintez prosesi vasitəsilə qida istehsal edir. Borulu bitkilərin ən vacib xüsusiyyəti, ksilem və floema adlanan iki növ damar toxumasına sahib olmasıdır. Ksilem, suyu və mineral maddələri köklərdən gövdə və yarpaqlara daşıyır.
Çoxsporlu bitkilər
Çoxsporlu bitkilər (lat. Polysporangiophytes) — bitkilər aləminin ali bitkilər kladına aid bitki kladı. Çoxsporlu bitkilər lat. Polysporangiophytes (yun. πολύς, polýs — çox, σπόρος, spóros — toxum, ἀγγεῖον, angeîon — boru, φυτόν, phytón — bitki) sporofitinin quruluşunun mürəkkəbləşməsi (sporofitdə çoxsaylı sporangi və apikal meristemlərin əmələ gəlməsi) ilə səciyyələnən damarlı bitkilər qrupu. == Təsnifatı == Çoxsporlu bitkilər kladına aşağıdakı şöbələr daxildir: Qıjıkimilər (Lycopodiophyta) Qatırquyruğukimilər (Equisetophyta) Polypodiopsida Toxumlu bitkilər (Spermatophyta) == Xüsusiyyətləri == Çoxsporlu bitkilər kladının əsas xüsusiyyətləri aşağıdakılardır: Sporofit nəslinin üstünlük təşkil etməsi. Gametofit nəsli kiçilir və sporofitdən asılı vəziyyətə düşür. Sporofitin quruluşunun mürəkkəbləşməsi. Sporofitdə çoxsaylı sporangi və apikal meristemlər əmələ gəlir. Damar sisteminin inkişaf etməsi.